​Azərbaycanda kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı yolları öyrənilir

​Azərbaycanda kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı yolları öyrənilir İştirakçılar bankların və sığorta şirkətlərinin təklif etdiyi maliyyə məhsulları ilə tanış olacaqlar
Maliyyə
27 Fevral , 2015 10:58
​Azərbaycanda kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı yolları öyrənilir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC mikromaliyyələşdirmə sektoruna texniki dəstək proqramı çərçivəsində sahibkarlar arasında “Kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı” adlı təlim keçirir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, təlim çərçivəsində mütəxəssislər və tədbir iştirakçıları sektorun ölkənin iqtisadiyyatında rolu, kiçik və orta sahibkarlıq subyektlərinin verilmiş sahədə dəstəklənməsi tədbirləri, aktual risklərin təhlilinin aparılması kimi mövzular müzakirə olunacaq. Tədbir iştirakçıları yerli və beynəlxalq aqrobiznes təcrübəsi, biznes-planların hazırlanması metodikası, bankların və sığorta şirkətlərinin təklif etdiyi maliyyə məhsulları və s. ilə tanış olacaqlar.

Tədbirin təşkilat dəstəyini Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyası göstərir.

Son xəbərlər

Orphus sistemi