Azərbaycanda iyunda kənd təsərrüfatı istehsalı 6% ucuzlaşıb

Azərbaycanda iyunda kənd təsərrüfatı istehsalı 6% ucuzlaşıb Ötən ay birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 14,8% və 0,1% enib
Maliyyə
17 İyul , 2015 14:40
Azərbaycanda iyunda kənd təsərrüfatı istehsalı 6% ucuzlaşıb

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7%, o cümlədən birillik və çoxillik bitkilər üzrə müvafiq olaraq 14,8% və 0,1% enib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.

Birillik bitkilərdən buğda, arpa, baş kələm, xiyar, pomidor, süfrə çuğunduru, baş sarımsaq, kartof, baş soğan, quru otun istehsalçı qiyməti ucuzlaşıb, yoncanın istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalı, alça, gilas, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yunu, bal, mal, qoyun və donuz əti (diri çəkidə), süd, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşları, quş əti (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşıb.

Son xəbərlər

Orphus sistemi