​Azərbaycanda istehlakçıların kredit müqaviləsi ləğv edilə bilər

​Azərbaycanda istehlakçıların kredit müqaviləsi ləğv edilə bilər Hələlik məsələ ilə bağlı prosedurlar və təfərrüatlar tam dəqiqləşdirilmədiyindən banklara heç bir göstəriş verilməyib
Maliyyə
2 Fevral , 2015 20:31
​Azərbaycanda istehlakçıların kredit müqaviləsi ləğv edilə bilər

Bakı. 2 fevral. REPORT.AZ/ İstehlakçıların kredit müqaviləsi imzalandığı tarixdən etibarən 14 gün ərzində cərimə tətbiq olunmadan kredit müqaviləsini ləğv etmə imkanları nəzərdən keçirilir.

Bu barədə Mərkəzi Bankdan "Report"a verilən məlumatda bildirilir. Məlumata əsasən, hazırda Mərkəzi Bank tərəfindən Dünya Bankı ilə birgə “Bank xidmətləri istehlakçılarının müdafiəsi və maliyyə savadlılığı” layihəsi həyata keçirilir. Layihənin məqsədi bank xidməti istehlakçılarının müdafiəsi işinin daha da təkmilləşdirilməsi, kredit təşkilatlarında istehlakçıların effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasıdır.

Məlumatda bildirilir ki, bununla bağlı hazırda qabaqcıl beynəlxalq praktika və mövcud qanunvericilik araşdırılır. İlkin araşdırmalar mövcud qanunvericiliyə bir sıra düzəlişlərin edilməsini zəruri edir. Lakin hələlik məsələ ilə bağlı prosedurlar və təfərrüatlar tam dəqiqləşdirilmədiyindən bu barədə banklara heç bir göstəriş verilməyib. 

"Cari situasiyada onu qeyd edə bilərik ki, məsələnin istehlakçıların hüquqlarının müdafiəsi baxımından mümkün qədər tez bir zamanda həllini tapması üçün digər qurumlarla koordinasiyalı şəkildə zəruri tədbirlər həyata keçirilir", - məlumatda qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi