​Azərbaycanda iqtisadi artım 2,8%-ə enib

​Azərbaycanda iqtisadi artım 2,8%-ə enib Qeyri-neft sektorunda istehsal 6,4% artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8% azalıb
Maliyyə
14 Noyabr , 2014 09:55
​Azərbaycanda iqtisadi artım 2,8%-ə enib
Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatında 49,2 mlrd. manatlıq ÜDM istehsal edilib və onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8% artıb. “Report”un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə qeyri-neft sektorunda ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8% azalıb.

ÜDM-in 61,1%-i istehsal sahələrində, o cümlədən 43,6%-i sənayedə, 12,3%-i tikintidə, 5,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,4%-i isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.

Qeyd edək ki, 2013-cü ilin yanvar-oktyabr aylarında ÜDM-in artım tempi 5,7% olub.

Son xəbərlər

Orphus sistemi