​Azərbaycanda iqtisadi artım proqnozdan aşağı olacaq

​Azərbaycanda iqtisadi artım proqnozdan aşağı olacaq Nazir: "ÜDM-in artım sürətinin azalması 2019-cü ilədək davam edəcək"
Maliyyə
2 Oktyabr , 2015 15:24
​Azərbaycanda iqtisadi artım proqnozdan aşağı olacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna Azərbaycanda real iqtisadi artım 3,3% olmaqla, 57,2 mlrd. manat təşkil edəcək. Bu isə öz növbəsində real iqtisadi artımın proqnozdan 1,1 faiz bəndi aşağı olacağı deməkdir.

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə ÜDM-in artım sürətinin azalması hələ 2019-cü ilədək davam edəcək.

Qeyd edək ki, 2015-ci ildə ölkə üzrə real iqtisadi artım 4,4% olmaqla, ÜDM istehsalı 59,8 mlrd. manat həcmində proqnozlaşdırılırdı. 

Son xəbərlər

Orphus sistemi