Bakı. 15 iyul. REPORT.AZ/ Cari ilin birinci yarısında Azərbaycanda 26,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% çox ümumi daxili məhsul istehsal olunub.
"Report"un
ÜDM-in 54,1%-i iqtisadiyyatın istehsal sahələri, o cümlədən 36,0%-i sənaye, 12,5%-i tikinti, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 37,5%-i isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki səxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 21,3 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,3% çox ümumi daxili məhsul istehsal edilib.