​Azərbaycanda iqtisadi artım 5,6%-ə çatıb

​Azərbaycanda iqtisadi artım 5,6%-ə çatıb Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1%-ni təşkil edib
Maliyyə
13 Avqust , 2015 11:25
​Azərbaycanda iqtisadi artım 5,6%-ə çatıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 32,1 mlrd. manata çatıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0%, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0% artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5%-dən 68,0%-ə yüksəlib.

ÜDM-in 35,0%-i sənaye, 13,6%-i tikinti, 6,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 37,3%-i isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi