​Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlər artırılacaq

​Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlər artırılacaq İpoteka Fondu səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək
Maliyyə
25 Yanvar , 2016 01:00
​Azərbaycanda ipoteka kreditləri üzrə məbləğlər artırılacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə məbləğlər artırılacaq.

"Report" xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri qeyd edib ki, manatın devalvasiyası və bir sıra başqa amillər da nəzərə alınmaqla ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına zərurət yaranıb:

"İpoteka kreditlərinin verilməsi üzrə məbləğlərə dəyişiklik ediləcək. Bu məsələ artıq İpoteka Fondunun ixtiyarına verilir. Hazırkı məbləğlər indiki reallıqları əks etdirmir və şübhəsiz ki, məbləğlərin artırılmasına zərurət yaranıb".

"Əvvəllər İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi. Fondun faizləri də ölkə prezidentinin qərarları ilə müəyyən edilirdi. Sonradan bu məsələyə yenidən baxıldı, ölkə prezidenti haqlı olaraq bildirdi ki, faizləri prezident yox, bazar müəyyən etməlidir. Bu səbəbdən səlahiyyətlərin fonda ötürülməsi zərurəti yaranmışdı və məhz buna görə prezident tərəfindən müvafiq sərəncam imzalandı ki, İpoteka Fondunun fəaliyyəti yenidən qurulsun. Nazirlər Kabinetinə tapşırıq verilib. Artıq bütün sənədlər hazırdı. İpoteka Fondu səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Onun öz müşahidə şurası olacaq. Şuraya təkcə Mərkəzi Bank deyil, bir sıra dövlət qurumlarının təmsilçiləri də daxil olacaq. Müşahidə şurasına səlahiyyət veriləcək ki, faiz dərəcələrini bazar şəraitinə uyğun olaraq çevik şəkildə tənzimləsin", - deyə Samir Şərifov qeyd edib.

Son xəbərlər

Orphus sistemi