Azərbaycanda internetin kəsilməsi bankların işinə problem yaradıb

Azərbaycanda internetin kəsilməsi bankların işinə problem yaradıb Bəzi banklar alış-satış əməliyyatlarını dayandırıb
Maliyyə
16 Noyabr , 2015 18:01
Azərbaycanda internetin kəsilməsi bankların işinə problem yaradıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün saat 17:00 radələrində Azərbaycan ərazisində internet təminatı ilə bağlı yaranan fasilələlər ölkədə fəaliyyət göstərən bəzi bankların işinə də neqativ təsir göstərib. 

"Report"un bank dairələrinə istinadən verdiyi xəbərə görə, bəzi banklar internet trafikin kəsilməsi ilə əlaqədar olaraq təqribən 17:00-dan etibarən bazarda bir sıra əməliyyatları, o cümlədən valyuta satışını dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara, o cümlədən bir sıta dövlət orqanlarının saytlarına giriş mümkün deyil. Eyni zamanda, internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib: "Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunur, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq". 

Son xəbərlər

Orphus sistemi