Azərbaycanda illik inflyasiya 12%-ə çatıb

Azərbaycanda illik inflyasiya 12%-ə çatıb Bu ilin yanvar-fevral aylarında ərzaq məhsulları 14,8% bahalaşıb
Maliyyə
17 Mart , 2016 17:03
Azərbaycanda illik inflyasiya 12%-ə çatıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən, ərzaq məhsullarının qiymətlərində 14,8%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,0% bahalaşma olub.

Qeyd edək ki, 2016-cı ilin fevral ayında istehlak məhsulllarının və xidmətlərin qiymətləri yanvar ayına nisbətən 0,4% artıb. Yanvarda isə istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin dekabr ayına nisbətən 5,8%, əvvəlki ilin yanvar ayına nisbətən isə 13,6 % bahalaşıb.

Son xəbərlər

Orphus sistemi