​Azərbaycanda ilk dəfə iki ödəniş sisteminə qoşulmuş taksit kartı istifadəyə verilib

​Azərbaycanda ilk dəfə iki ödəniş sisteminə qoşulmuş taksit kartı istifadəyə verilib Azərbaycan Beynəlxalq Bankının "ELkart" kredit kartının təqdimatı keçirilib
Maliyyə
17 Dekabr , 2014 13:19
​Azərbaycanda ilk dəfə iki ödəniş sisteminə qoşulmuş taksit kartı istifadəyə verilib

Bakı.17 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) hissə-hissə ödəniş imkanlı "ELkart" kredit kartının təqdimatını keçirib. "Report"un verdiyini xəbərə görə, "ELkart" taksit kartı "Visa Classic" və "Mastercard Standard" tipli kartların bazasında hazırlanıb və "VISA Pay Wave" və "Mastercard Paypass" xidmətləri ilə təmin edilib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb.

Kart geniş tərəfdaşlar şəbəkəsində məhsul və xidmətlərin dəyərini hər növbəti ayın 10-dək hissə-hissə ödəmək imkanı verir. Taksit kartı xaricdə fəaliyyət göstərən ticarət müəssisələrində də keçərlidir, bu zaman məbləğ hissələrə bölünmür və müştəriyə güzəşt müddəti verilmir.

ABB bu gün “ELkart” layihəsi çərçivəsində Bakı və regionlarda müxtəlif sahələrdə hər növ əhali seqmentinə xidmət göstərən 1 000-ə yaxın ticarət müəssisəsi ilə əməkdaşlıq edir və bu ticarət müəssisələrinin sayı artır.

Bankın baş direktoru Elmir Həbibullayev bildirib ki, gəcəkdə bu layihənin davamı olaraq "Elkart+" və "Elkart premium" kartları da buraxılacaq və bu kartlar da müştərilərə əlavə bonuslar təqdim edəcək. Onun sözlərinə görə, pulsuz təqdim olunan kartların istifadə müddəti 6 ildir.

O bildirib ki, kart hazırda müştəriyə 1-12 aylıq taksit imkanı verir və gələcəkdə bu müddətin 24 aya qədər artırılması planlaşdırılır: "Kartın limiti 500-5000 manat təşkil edir. 25 manatadək ödəniş edərkən təmas lazım olmur. Bu da ödənişi daha da sürətli edir. Böyük məbləğli ödəniş edərkən isə artıq pin-kod yığılmalıdır. Bu, beynəlxalq kartlardır və ondan xaricdə də ödənişlərdə istifadə mümkündür".

Baş direktor qeyd edib ki, hazırda bu, Azərbaycanda iki ödəniş sistemi - VISA və "Mastercard"ı dəstəkləyən yeganə kart məhsuludur: "Gələcəkdə digər ödəniş sistemlərinin əhatə olunması düşünülür. Bu kartı əldə etmək üçün artıq 6 mindən çox müraciət daxil olub. Hazırda Bankın müştəri bazası 2 mln. nəfərə yaxındır və kartlar onlara heç bir əlavə sənəd tələb olunmadan təqdimç ediləcək. Kartlar pulsuzdur və hər bir vətəndaş Banka müraciət edərək bunu əldə edə bilər".

Son xəbərlər

Orphus sistemi