Azərbaycanda I rübdə 15 maliyyə təşkilatı ləğv olunub

Azərbaycanda I rübdə 15 maliyyə təşkilatı ləğv olunub Bu il maliyyə və sığorta fəaliyyətinə sərmayə qoyuluşu 2 dəfə azalıb
Maliyyə
26 Aprel , 2016 15:58
Azərbaycanda I rübdə 15 maliyyə təşkilatı ləğv olunub

Bakı. 26 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə 0,2 mln. manat sərmayə qoyulub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

Rəsmi statistikaya əsasən, cari il aprelin 1-nə ölkədə mövcud təsərrüfat subyektlərinin 1,6%-i və ya 1 604 (o cümlədən, 1 537 ədədi kommersiya təşkilatları) maliyyə və sığorta fəaliyyəti ilə məşğul müəssisə və təşkilatların payına düşüb. İlin əvvəlindən bu cür təsərrüfat subyektlərinin sayı 0,8% artıb.

Hesabat rübündə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 31 təsərrüfat subyekti yaradılıb, 15 təsərrüfat subyekti isə ləğv olunub. Cari ilin ilk rübündə ləğv edilmiş müəssisə və təşkilatların 6,2%-i, yeni yaradılan müəssisələrin isə 1,5%-i maliyyə və sığorta fəaliyyətinin payına düşüb.

Bu il aprelin 1-nə fərdi sahibkarların 1 477 nəfəri maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar olub.

Son xəbərlər

Orphus sistemi