​Azərbaycanda hesabatını təqdim etməyən 46 sığorta agentinin lisenziyası ləğv olunub

​Azərbaycanda hesabatını təqdim etməyən 46 sığorta agentinin lisenziyası ləğv olunub Bu sahədə perspektiv görməyən 10 sığorta agenti isə lisenziyadan könüllü imtina edib
Maliyyə
6 Aprel , 2015 13:17
​Azərbaycanda hesabatını təqdim etməyən 46 sığorta agentinin lisenziyası ləğv olunub

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda qanunvericilikdən irəli gələn hesabatları təqdim etmədikləri üçün 46 sığorta agentinin lisenziyası ləğv olunub. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov bildirib.

M.İsrafilovun sözlərinə görə, eyni zamanda 81 sığorta agentinə hesabatlılıqla bağlı qanunvericiliyin tələbini yerinə yetirmədikləri üçün xüsusi məktub göndərilib. Həmçinin 10 sığorta agenti bu sahədə perspektiv görmədiyi üçün könüllü lisenziyadan imtina edib. Ümimilikdə, 800-ə yaxın sığorta agenti hesabat təqdim edib,100-dən artığı hesabat təqdim etməyib.

İcbari Sığorta Bürosunun İT təlim və dəstək şöbəsinin müdiri Nizami Kərimov bildirib ki, kompensasiya ödənişlərinin həcmində illik artım müşahidə edilir. Belə ki, əgər 2013-cü ildə cəmi 54 min manat ödəniş olmuşdursa, 2014-cü ildə bu gösrərici 253 min manata çatıb.

Son xəbərlər

Orphus sistemi