Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2 dəfə artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2 dəfə artıb Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Maliyyə
15 Sentyabr , 2016 10:35
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2 dəfə artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 244 089,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 127 081,17 min manat yaxud 2,09 dəfə çoxdur.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 39 333,9 min manat yaxud 2,73 dəfə artaraq 62 064,1 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 73 637,19 min manat yaxud 1,86 dəfə artaraq 159 155,7 min manat, aksizlər 1 782,34 min manat yaxud 1,25 dəfə artaraq 8 910,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 12 327,73 min manat və ya 8,55 dəfə artaraq 13 959,7 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi