​Azərbaycanda gələn ildən yeni icbari sığorta növləri tətbiq oluna bilər

​Azərbaycanda gələn ildən yeni icbari sığorta növləri tətbiq oluna bilər Bunların sırasında sahibkar və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortası da var
Maliyyə
6 Aprel , 2015 18:04
​Azərbaycanda gələn ildən yeni icbari sığorta növləri tətbiq oluna bilər

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda 2016-2017-ci illərdə yeni icbari sığorta növlərinin tətbiqi nəzərdə tutulub. "Report"un məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov deyib: "Bu il üçün bizim daha önəmli tapşırıqlarımız var".

Qeyd edək ki, Azərbaycanda sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında icbari sığorta növlərinin sayının artırılması nəzərdə tutulub. Belə ki, müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortası, eləcə də bəzi sahələrdə fəaliyyət göstərən sahibkarların üçüncü şəxslər qarşısında ümumi mülki məsuliyyətinin icbari sığortasının tətbiqi gözlənilir.

Son xəbərlər

Orphus sistemi