​Azərbaycanda fiziki şəxslərin bank depozitləri 23% azalıb

​Azərbaycanda fiziki şəxslərin bank depozitləri 23% azalıb Azərbaycan banklarının xarici borcunun əsas hissəsi Beynəlxalq Banka məxsusdur
Maliyyə
26 May , 2016 12:27
​Azərbaycanda fiziki şəxslərin bank depozitləri 23% azalıb

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan banklarında fiziki şəxslərin məcmu depozitləri 23% azalıb. "Report" xəbər verir ki, bunu "Moody’s" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova deyib.

M.Malyukova qeyd edib ki, Azərbaycan banklarının xarici borcunun əsas hissəsi Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

"Əhalinin manata olan etibarı azalıb və MDB məkanında xarici valyutada ən çox kredit verən ölkə Azərbaycandır. Bu ilin birinci rübündə depozitlərin həcmi 16% azalıb və hazırda bu proses davam edir. Bankların xarici borcları isə 17%-ə bərabərdir ki, bunun da əsas hissəsi ABB-nin borclarıdır".

Son xəbərlər

Orphus sistemi