Azərbaycanda ən çox icbarı sığorta ödənişi Gürcütan avtomobillərinə görə olub

Azərbaycanda ən çox icbarı sığorta ödənişi Gürcütan avtomobillərinə görə olub Azərbaycanda tranzit avtomobillərin icbari sığortasına görə ödənişlərin 35%-i Gürcüstan avtomaşınlarının payına düşür
Maliyyə
12 Yanvar , 2015 12:27
Azərbaycanda ən çox icbarı sığorta ödənişi Gürcütan avtomobillərinə görə olub

Bakı. 12 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin təqsirindən baş vermiş sığorta hadisələri ilə bağlı qeydə alınan 509 sığorta tələbi üzrə 775,8 min manat həcmində ödəniş həyata keçirilib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bu, 2014-cü il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə həyata keçirilən cəmi ödənişlərin 2,9%-nə bərabərdir.

Sığorta ödənişlərinin nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkələr üzrə siyahısına 270,9 min manatla Gürcüstan başçılıq edir. Belə ki, tranzit nəqliyyat vasitələri üzrə ödənişlərin 34,9%-i məhz bu ölkədə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə gerçəkləşib.

Daha sonra isə ödənişlərin həcminə görə 265,9 min manatla Türkiyə, 160,0 min manatla Rusiya, 42,2 min manatla İran və 23,3 min manatla Almaniya sıralanıb.

Son xəbərlər

Orphus sistemi