Azərbaycanda ən az gəlirli əmanətlər olan iqtisadi rayonlar açıqlanıb

Azərbaycanda ən az gəlirli əmanətlər olan iqtisadi rayonlar açıqlanıb Azərbaycanda ən yüksək faiz Abşeron, aşağı - Yuxarı Qarabağ iqtisadi rayonu üzrə cəlb olunan əmanətlərdə müşahidə olunur
Maliyyə
14 Yanvar , 2015 11:15
Azərbaycanda ən az gəlirli əmanətlər olan iqtisadi rayonlar açıqlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadi rayonlarında bankların 2014-cü il dekabrın 1-nə cəlb etdiyi əmanətlər üzrə ən yuxarı orta gəlirlik illik 8,4% olmaqla Abşeron, ən aşağı isə 3,9% olmaqla Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə Abşeron üzrə cəlb olunan əmanətlərin həcmi 170,8 mln. manat, Yuxarı Qarabağ üzrə 14,5 mln. manat təşkil edib.

İqtisadi rayonlar üzrə cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsində daha sonra 7,1%-lə Aran, 6,6%-lə Lənkəran, 6,1%-lə Quba-Xaçmaz, 6,0%-lə Dağlıq Şirvan, 5,7%-lə Gəncə-Qazax, 5,3%-lə Şəki-Zaqatala, 4,6%-lə Kəlbəcər-Laçın, 4,0%-lə Naxçıvan iqtisadi rayonları sıralanıb.

Ölkə üzrə cəmi əmanətlərin 6,523 mlrd. manatını və ya 92,05%-ni əhatə edən Bakı şəhəri üzrə cəlb olunan əmanətlərin orta gəlirliyi illik 8,1% olub.

Son xəbərlər

Orphus sistemi