​Azərbaycanda əmanətlərin gəlirliyi artıb

​Azərbaycanda əmanətlərin gəlirliyi artıb Martda depozitlər üzrə orta faiz dərəcəsi manatla 8,99%, xarici valyutada isə 8,75%-ə çatıb
Maliyyə
12 May , 2015 15:25
​Azərbaycanda əmanətlərin gəlirliyi artıb

Bakı. 12 may. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fevrala nisbətən artaraq manatla illik 8,99%, xarici valyutada 8,75% təşkil edib. Məlumata əsasən, fevralda bu göstəricilər müvafiq olaraq 8,95% və 8,73% olub. "Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.

Hesabata əsasən, martda fiziki şəxslər üzrə manatla əmanətlər üzrə orta faiz dərəcəsi 9,71%, xarici valtyuta ilə isə 9,62%, hüquqi şəxslər üzrə isə bu göstəricilər müvafiq olaraq 5,85% və 4,31% səviyyəsində qeydə alınıb. Fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcində əvvəlki ayla müqayisədə manatla əmanətlərdə 0,07 faiz bəndi, xarici valyuta ilə əmanətlərdə isə 0,05 faiz bəndi artım müşahidə edilib.

Orta faiz dərəcəsi üzrə ən yüksək göstərici manatla 5 ildən artıq depozitlər üzrə illik 12,31%, ən aşağı isə xarici valyuta ilə 1-3 aylıq yerləşdirilən depozitlər üzrə 4,53% təşkil edib.

Qeyd edək ki, cari il yanvarın 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi illik 8,86%, xarici valytuatada isə 9,24% təşkil edib.

Son xəbərlər

Orphus sistemi