​Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 11%-i bağlanıb

​Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 11%-i bağlanıb Bu barədə Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondu məlumat yayıb
Maliyyə
18 İyul , 2016 09:38
​Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 11%-i bağlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AMF) yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin təxminən 11%-i artıq bağlanıb. Bu barədə "Report" AMF-yə istinadən xəbər verir.

Məlumata görə, Fond indiyə qədər 17 477 ipoteka kreditini yenidən maliyyələşdirib. Bunun isə 88,6%-i və yaxud 15 488-i hazırda aktivdir. Başqa sözlə, dövlət xətti ilə verilmiş ipoteka borclarının 11,4%-i qaytarılıb. 

Son xəbərlər

Orphus sistemi