Azərbaycanda dövlət ipoteka kreditləşməsi 15% artıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi 15% artıb Dövlət ipoteka proqramı çərçivəsində kreditlərin ümumi həcmi 730 mln. manata çatıb
Maliyyə
5 Yanvar , 2016 17:20
Azərbaycanda dövlət ipoteka kreditləşməsi 15% artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda indiyədək dövlət ipoteka proqramı çərçivəsində 17 974 nəfərə ümumilikdə 729,688 mln. manat həcmində ipoteka krediti verilib. "Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, nəticədə dövlət ipoteka kreditləşməsinin həcmi ötən il 15,4% artıb.

Bildirək ki, AİF xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 2015-ci ilin əvvəlində 632,466 mln. manat, ipoteka kreditlərinin sayı isə 15 829 olub (artım - 13,6%).

Qeyd edək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 ildir.

Son xəbərlər

Orphus sistemi