Azərbaycan Dövlət Gömrük Komitəsinin ƏDV üzrə daxilolmaları azalıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin ƏDV üzrə daxilolmaları azalıb ​Azərbaycanda dövlət büdcəsinin gömrük xidmətinin xətti ilə daxilolmaları yanvarda 7% artıb
Maliyyə
13 Fevral , 2015 10:44
Azərbaycan Dövlət Gömrük Komitəsinin ƏDV üzrə daxilolmaları azalıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 103,746 mln. manat daxil olub. "Report"un DGK-nin yaydığı hesabata istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 mln. manat yaxud 6,6% çoxdur.

Aylıq büdcə daxilolmalarının 31,956 mln. manatı (30,8%) gömrük rüsumları, 65,386 mln. manatı (63%) ƏDV, 5,141 mln. manatı (5%) aksizlər, 1,262 mln. manatı (1,2%) yol vergisinin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumlarının həcmi 67,8%, aksizlərin həcmi 44,8%, yol vergisinin həcmi 6,3% artıb, ƏDV-nin həcmi isə 11,1% azalıb.

Son xəbərlər

Orphus sistemi