Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə yüksəlib

Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə yüksəlib Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 48%-dir
Maliyyə
5 Oktyabr , 2016 11:40
Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə yüksəlib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib. Əvvəlki ay bu göstərici 80,8% olub. İlin əvvəlində isə əmanətlərdə dollarlaşma səviyyəsi 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.

Cəmi depozit bazasında sentyabr ayının 1-nə dollarlaşma dərəcəsi 81,04% olub. Əvvəlki ay bu göstərici 80,01%, ilin əvvəlində 81,6%, ötən ilin analoji dövründə isə 74,89% təşkil edib.

Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub.

Son xəbərlər

Orphus sistemi