Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasından sonra manatın bivalyuta səbətinə nəzərən rəsmi məzənnəsi ötən dövrdə 1,2% möhkəmlənib. Bu, "Report"un analitik qrupu tərəfindən aparılan hesablamalar nəticəsində müəyyənləşib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2008-ci ilin pul siyasətinə uyğun olaraq həmin il martın 11-dən məzənnə siyasətini ABŞ dolları və avronun daxil olduğu valyuta səbəti mexanizmi vasitəsilə həyata keçirir.
Səbətin strukturunu mərhələlərlə optimallaşdırmaq və nominal effektiv məzənnəyə təsiri daha da gücləndirmək məqsədilə AMB 2008-ci il iyunun 1-dən etibarən dollar və avronun səbətdə paylarını müvafiq olaraq 70% və 30% səviyyəsində müəyyənləşdirib. Nəticədə həmin gün valyuta səbətinin məzənnəsi 0,9613 manata bərabər olub.
Qeyd edək ki, 2015-ci il fevralın 21-də aparılan devalvasiyadan sonra ilk gün səbətin məzənnəsi 1,0935 manat, dünən, avqustun 3-də isə 1,0802 manat təşkil edib.
"Report"un analitikləri bildirir ki, milli valyutanın möhkəmlənməsi öz növbəsində Azərbaycan