​Azərbaycanda depozit hərracı üzrə faizlər artırılıb

​Azərbaycanda depozit hərracı üzrə faizlər artırılıb Hərrac üzrə faizlərin aşağı həddi isə sabit saxlanılıb
Maliyyə
5 Avqust , 2016 14:47
​Azərbaycanda depozit hərracı üzrə faizlər artırılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini avqsutun 8-dən 2,5 faiz bəndi - 9%-dək artırmasına uyğun olaraq, bundan sonra qurumun keçirəcək depozit hərracında vəsaitlər maksimum 9,49%-lə cəlb ediləcək. "Report" xəbər verir ki, hərrac üzrə faizlərin aşağı həddi isə sabit - 4,01% səviyyəsində saxlanılıb.

Yeni şərtlərlə ilk depozt hərracının avqsutun 8-də keçirilməsi nəzərdə tutulub. Dolayı yolla keçiriləcək hərracda 50 mln. manatın cəlb edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi