Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin 30%-i paytaxtın payına düşüb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin 30%-i paytaxtın payına düşüb Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi illik müqayisədə 53% azalıb
Maliyyə
9 Yanvar , 2015 14:21
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin 30%-i paytaxtın payına düşüb

Bakı. 9 yanvar. REPORT.AZ/Azərbaycanda 2014-cü ildə daşınmaz əmlakın icbari sığortası üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən Büronun informasiya sistemində qeydə alınmış 249 sığorta tələbi üzrə 678,2 min manat məbləğində ödəniş həyata keçirilib.

"Report"un İSB-yə istinadən verdiyi xəbəər görə, ödənişlərin 29,9%-i (202,5 min manat) Bakı şəhərinin payına düşüb. Regionlar üzrə ödənişlərin həcminə görə Balakən rayonu (47,5 min manat və ya 7%) liderlik edir. Ödənişlərin həcminə görə sonrakı yerdə Sumqayıt şəhəri (42,0 min manat və ya 6,2%) qərarlaşıb.

Qeyd edək ki, ötən ilki sığorta ödənişlərinin strukturunda əsas paya yaşayış evləri və mənzilləri (təminən 388 min manat) sahib olub.

Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən, 2013-cü ildə bu sığorta növü üzrə ümumilikdə 1 445,7 min manat ödəniş həyata keçirilib. Yəni, 2014-cü ildə daşınmaz əmlakın icbari sığorta üzrə ödənişlərdə 53% azalma müşahıdə olunub.

Son xəbərlər

Orphus sistemi