Azərbaycanda daşınmaz əmlakın icbari sığortası kəskin artıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası kəskin artıb Bu il 4 icbari sığorta növü üzrə bağlanan müqavilələrin sayı 2,4%, daxilolmalar isə 24,7% artıb
Maliyyə
1 Oktyabr , 2015 15:42
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası kəskin artıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə rəsmiləşdirilən 4 icbari sığorta növü üzrə ümumilikdə 80 363,1 min manat həcmində 834 149 müqavilə imzalanıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,43%, həcmində isə 24,66% artım qeydə alınıb.

Hesabat dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə daxiolmalar illik 13,1% artaraq 58 486,4 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 73,9% artaraq 21 493,9 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 3,76% artaraq 278,0 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığmlar isə əksinə 11,3% azalaraq 104,9 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi