Azərbaycanda daha bir ​sığorta şirkətinın lisenziyası dayandırılıb

Azərbaycanda daha bir ​sığorta şirkətinın lisenziyası dayandırılıb "Başak-İnam Sığorta" şirkətinin kapitalı minimal tələbə cavab vermir
Maliyyə
6 Noyabr , 2014 12:12

Bakı. 6 noyabr. REPOR.AZ/ Azərbaycanda fəaliyyət göstərən "Başak-İnam Sığorta" ASC-nin sığorta fəaliyyətinə xitam verilib. Bu barədə "Report" Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Xidmətdən bildirilib ki, şirkətə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin müvafiq əmri ilə dayandırılıb. Bu, "Başak-İnam Sığorta"nın məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə bağlıdır. 

Xatırladaq ki, sığorta şirkətləri üçün tələb olunan məcmu kapitalın minimal limiti 5 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi