Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unileasing" ASC-nin faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlarının emissiya prospektini qeydə alıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi hər bir istiqrazın nominal dəyəri 1 min ABŞ dolları olmaqla 5 mln. dollar təşkil edir. İstiqrazların gəlirliyi illik 12% təkil edir, tədavül müddəti 3 ildir. Emissiyanın anderrayreyi qismində "Unicapital" ASC çıxış edəcək.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.