​Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradıla bilər

​Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradıla bilər Həyat sığortası şirkətlərinin sayı 4-ə çata bilər
Maliyyə
4 İyul , 2016 11:33
​Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradıla bilər

Bakı. 4 iyul. REPORT.AZ/ "AXA" sığorta qrupu Azərbaycanın həyat sığorta bazarındakı imkanları araşdırır və bu sahəyə investisiya etmək üçün münasib vaxtı gözləyir. Bunu "Report"a açıqlamasında "AXA-Mbask" sığorta şirkətinin İdarə Heyətinin sədri Səlcuq Adıgözəl deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qrup Azərbaycanda həyat sığortasını inkişaf edən bazar kimi görür və bu sahəyə pul qoymaq niyyətindədir: "Həyat sığortasına investisiya yatırmağı düşünürük. Lakin bunun üçün maliyyə bazarındakı alətlər tənzimlənməli, alternativ variantlar ortaya çıxmalıdır. Biz ən azı 1-2 il öncədən vəziyyəti görə bilməliyik. Başqa elə bir problem yoxdur. Hər zaman bu bazara investisiya etməyə hazırıq".

Xatırladaq ki, "AXA-Mbask" 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 19,734 mln. manatdır. Səhmlər 100% Fransanın “AXA” sığorta qrupuna (“AXA Seguros Generales, S.A.") məxsusdur.

Son xəbərlər

Orphus sistemi