Azərbaycanda daha bir bankın rəhbərliyi dəyişib - YENİLƏNİB

Azərbaycanda daha bir bankın rəhbərliyi dəyişib - YENİLƏNİB Bu barədə səhmdarların növbədənkənar iclasında qərar verilib
Maliyyə
23 May , 2016 17:21
Azərbaycanda daha bir bankın rəhbərliyi dəyişib - YENİLƏNİB

Bakı. 23 may. REPORT.AZ/ “Deka Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Niyazi Şaiq oğlu Vəliyevin səlahiyyətlərinə xitam verilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu barədə səhmdarların növbədənkənar iclasında qərar verilib.

Digər qərarla İsmayıl Araz oğlu Əliyev Bankın İdarə Heyətinin üzvü və sədri seçilməklə İdarə Heyətinin 3 nəfər tərkibdə formalaşması təmin edilib.

İdarə Heyətinin digər iki üzvünün seçilməsi məsələsinə isə Müşahidə Şurasının növbəti iclasında baxılacaq.

***

Bununla yanaşı, "Dekabank"ın "Nəsimi" və "Bakı" filiallarının müdirləri işdən ayırılıb. "Nəsimi" filialının müdiri Rüfət Əsədulla oğlu Manafov vəzifədən ayrılıb və onu bu vəzifədə Adışirin Həsən oğlu Mehralıyev əvəz edib. "Bakı" filialının müdiri İsfəndiyar Məhərrəm oğlu İbişovun yerinə isə hələlik təyinat yoxdur.

Həmçinin, Bankın Kredit Departamentinə yeni direktor təyin edilib. Rahil Vaqif oğlu Əhmədovu bu vəzifədə Elnur Mübariz oğlu Əliyev əvəz edib.

İnformasiya və Texnologiylar Departamentinə yeni direktor təyin olunan Elçin Azər oğlu Qasımov bu vəzifədə İlkin Mehman oğlu Abdullayevi əvəzləyib.

Son xəbərlər

Orphus sistemi