Azərbaycanda daha bir bank güzəştli kreditlər verəcək

Azərbaycanda daha bir bank güzəştli kreditlər verəcək Azərbaycanda daha bir bank Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlığa başlayıb
Maliyyə
18 Noyabr , 2015 15:27
Azərbaycanda daha bir bank güzəştli kreditlər verəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ "Access Bank" QSC Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa başlayıb. Bank manatla və güzəştli faiz dərəcəsi ilə kreditlər təklif edərək mikro, kiçik və orta biznes müəssisələrinə dəstəyi genişləndirəcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, "Access Bank" güzəştli kreditləri ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsinə yönəldəcək.

"Bu isə öz növbəsində iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına töhvə verəcək", - məlumatda qeyd olunub.

Xatırladaq ki, "Access Bank" QSC 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "Access Holding" tərəfindən yaradılıb.

Son xəbərlər

Orphus sistemi