Azərbaycanda daha bir bank konverstasiya haqqını artırıb

Azərbaycanda daha bir bank konverstasiya haqqını artırıb Plastik kartlarında konvertasiya haqqı dəyişilib
Maliyyə
24 Avqust , 2016 18:21
Azərbaycanda daha bir bank konverstasiya haqqını artırıb

Bakı. 24 avqust. REPORT.AZ/ "Silkway Bank" ASC plastik kartları ilə aparılan konvertasiya əməliyyatlarına görə komissiya haqqını 2 dəfə artırıb. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilib. 

Milli valyutada kart hesabları vasitəsi ilə digər xarici valyutada bütün növ əməliyyatlar aparılarkən konvertasiya haqqı 4% təşkil edir. 

Qeyd edək ki, "Expressbank" ASC də avqustun 25-dən manat kartları üzrə konvertasiya əməliyyatlarını 4% komissiya ilə yerinə yetirəcək.

Bundan əvvəl hər iki bankda konvertasiya haqqı 2% olub.

Son xəbərlər

Orphus sistemi