​Azərbaycanda daha bir bank istehlak kreditləşməsini bərpa edib

​Azərbaycanda daha bir bank istehlak kreditləşməsini bərpa edib Kreditlər fiziki şəxslərə illik 25-26%-lə ayrılır
Maliyyə
5 Avqust , 2016 10:00
​Azərbaycanda daha bir bank istehlak kreditləşməsini bərpa edib

Bakı. 5 avqust. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC müştərilərə istehlak kreditlərinin verilməsini bərpa edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, kreditlər fiziki şəxslərə illik 25-26%-lə ayrılır. Konkret hədd müştərinin təkrar və yaxud yeni olmasından asılıdır. Başqa sözlə, Bankın köhnə müştəriləri daha ucuz kredit alırlar.

"YapıKredi Bank Azərbaycan"da istehlak kreditlərinin minimum məbləği 300 manat, maksimum məbləği isə 10 000 manatdır. Kreditləri 3 ilə qədər müddətə götürmək mümkündür.

Kreditə görə komisyon haqq 1%-dir. Bununla yanaşı, borcalanlar həyatının "PAŞA Həyat Sığorta" ASC-də sığorta etdirilməsinə görə də haqq ödəməlidir. Son nəticədə istehlak kreditlərinin faktiki illik faiz dərəcəsi 26,78%-dən 30,23%-ə qədər dəyişir.

Xatırladaq ki, "YapıKredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb.

Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi