Azərbaycanda daha bir bank filialı iş rejimini dəyişib

Azərbaycanda daha bir bank filialı iş rejimini dəyişib Filial fasiləsiz işləyəcək
Maliyyə
13 Oktyabr , 2016 14:22
Azərbaycanda daha bir bank filialı iş rejimini dəyişib

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Expressbank" ASC-nin Bakı şəhəri, Bülbül prospekti,29 ünvanında yerləşən "Nəsimi" filialı iş qrafikini dəyişib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, filial artıq həftənin 7 günü 24 saat fəaliyyət göstərəcək.

Burada fasiləsiz olaraq valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən yayarlanmaq mümkündür.

Qeyd edək ki, "Expressbank"ın MXD, "Elmlər", "Əhmədli", "Xətai", "Neftçilər" və "Nəsimi" filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və "Expresspay" ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini həyata keçirə bilərlər.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı, 6 000-dək POS-terminalı və 500-dən artıq "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi