Azərbaycanda daha bir bank filialı fasiləsiz iş rejiminə keçib

Azərbaycanda daha bir bank filialı fasiləsiz iş rejiminə keçib Bank gələcəkdə fasiləsiz müştəri xidmətinin inkişafı istiqamətində işləri davam etdirəcək
Maliyyə
2 İyun , 2016 17:46
Azərbaycanda daha bir bank filialı fasiləsiz iş rejiminə keçib

Bakı. 2 iyun. REPORT.AZ/ “Dəmirbank” ASC “Mərkəz” filialında “7/24 xidmətini” istifadəyə verib. Bakı şəhərinin Nizami küçəsi,111 ünvanında yerləşən bu filial artıq həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) müştərilərə xidmət göstərəcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Mərkəz” filialı müştərilərə fasiləsiz 7/24 xidmətinin göstərilməsi üçün bütün zəruri avadanlıq, terminallar, kommunikasiya və proqram təminatı ilə təchiz olunub. Müştərilər istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişləri və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderləri və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəmək imkanını əldə ediblər.

"Dəmirbank" gələcəkdə də 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

"Dəmirbank" ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. 

Son xəbərlər

Orphus sistemi