Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda daha 5 sığorta agentinin fəaliyyətinə verilmiş müddətsiz lisenziya Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilib.
"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Bu, fevral ayı ərzində ilk belə hadisədir. Məlumata əsasən, beləliklə, bu il ərzində lisenziyası ləğv edilən sığorta agentlərinin sayı 20-yə çatıb. Belə ki, bundan əvvəl nazirliyin 12 yanvar 2015-ci tarixli əmrilə 15 lisenziya ləğv edilib.