​Azərbaycanda daha 3 bank kredit şərtlərini dəyişib

​Azərbaycanda daha 3 bank kredit şərtlərini dəyişib Bu banklar faizləri dərəcələri və komissiya haqlarını aşağı salıb
Maliyyə
10 İyul , 2015 18:01
​Azərbaycanda daha 3 bank kredit şərtlərini dəyişib

Bakı. 10 iyul .REPORT.AZ/ "Muğanbank", "Unibank" və "Bank of Baku" ASC istehlak kreditləri üzrə faizləri dərəcələrini və komissiya haqlarını aşağı salıb.

"Report" bu banklara istinadən xəbərə verir ki, bu gündən etibarən “Muğanbank”da istehlak kreditləri üzrə faiz dərəcəsi 22%-dən başlayaraq, komisyon haqq kreditin məbləğinin 1%-i həcmində olacaq.

"Bank of Baku" istehlak kreditləri üzrə komissiyanı 1% saxlayaraq faiz dərəcələrini əvvəlki faiz dərəcələrinə qaytarıb. Artıq bütün filiallardan 10 000 AZN/USD-dək krediti 1% komissiya ilə 24 ayadək müddətə rəsmiləşdirmək olar (FİFD - 25,47%-dən başlayır).

"Unibank"a müraciət edən müştərilər həm manat, həm də dollar valyutasında kreditləri cəmi 1%-lik komissiya xərci ilə əldə edə bilirlər. Bundan başqa, "Unibank"ın nağd kreditlər üzrə illik faiz dərəcələri aşağı salınıb. Kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq, 23-32% aralığında dəyişə bilər.

Qeyd edək ki, “Dəmirbank” istehlak kreditlərində komissiyanı ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib. Belə ki, istehlak kreditləri üzrə illik faiz dərəcəsi 28%-dən başlayaraq tətbiq olunur. Maksimum faiz dərəcəsi isə 32%-dir. Əvvəl isə maksimal faiz dərəcəsi 34% təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi