Azərbaycanda bu il 130 bankomat ləğv edilib

Azərbaycanda bu il 130 bankomat ləğv edilib Bankomatların sayında illik müqayisədə 5% azalma qeydə alınıb
Maliyyə
12 Aprel , 2016 09:32
Azərbaycanda bu il 130 bankomat ləğv edilib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı azalmağa başlayıb. Cari ilin fevral ayı ərzində bankomatların sayı 11 ədəd və ya 0,43% azalaraq martın 1-nə 2 562 ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60 ədəd və ya 2,29%, ilin əvvəlindən isə 132 ədəd və ya 4,9% azalma müşahidə olunub. Qeyd edək ki, ölkədə mövcud olan bankomatların 1 424 ədədi və ya 55,6%-i Bakıda, 1 138 ədədi və ya 44,42%-i regionlardadır.

Cari il martın 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb ki, bu da əvvəlki ayla eyni göstəricidir. İlin əvvəlində isə bu nisbət 3,6 min nəfər/bankomat olub. 

Son xəbərlər

Orphus sistemi