Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı bu ilin iyun ayı ərzində 0,98% və ya 723 ədəd azalaraq iyulun 1-nə 73 222 ədəd təşkil edib.
Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib.
Xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 7 079 ədəd və ya 8,82% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 6,44% və ya 5 042 ədəd azalma müşahidə olunub.
Ölkə üzrə mövcud POS-terminalların 42 063 ədədi və ya 57,45%-i Bakıda, 42,55%-i və ya 31 159 ədədi regionlarda yerləşir.
Qeyd edək ki, 2016-cı il iyulun 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.