Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanda barələrində sanksiya tətbiq olunmalı hüquqi və fiziki şəxslərin siyahısı açıqlanıb.
"Report"un verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə
Müəyyən edilmiş fiziki və hüquqi şəxslərin ölkə daxili siyahısında 53 nəfər yer alıb. Bunun 34 nəfəri Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışları elan olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərdir ki, bundan da 3-ü hazırda həbsdə saxlanılır, 31 nəfər barəsində isə axtarış elan olunub.
Cinayət Məcəlləsinin 279.1, 279.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışları elan olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər isə 19 nəfərdir. Bundan 4 nəfər hazırda həbsdə saxlanılır, qalanı isə barələrində axtarış elan olunmuş şəxslədir.
Ümumi Siyahının son versiyası ilə Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (