Azərbaycanda bankomatların sayı artıb, POS-terminalların sayı azalıb

Azərbaycanda bankomatların sayı artıb, POS-terminalların sayı azalıb Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb
Maliyyə
4 Oktyabr , 2016 18:02
Azərbaycanda bankomatların sayı artıb, POS-terminalların sayı azalıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu il sentyabrın 1-nə Azərbaycanda bankomatların ümumi sayı 2 546 olub. 

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 11 ədəd çoxdur.

Yeni bankomatların 5-i Bakıda, 6-sı isə regionlarda quraşdırılıb.

İlin əvvəlinə nisbətən bankomatların sayı 148 ədəd, illik müqayisədə isə 156 ədəd azalıb.

Avqustda bankomatların sayında artım baş versə də, POS-terminalların sayında azalma qeydə alınıb. Belə ki, sentyabrın 1-nə ölkədə 70 318 POS-terminal olub. Bu, avqustun 1-nə nisbətən 174 ədəd azdır.

POS-terminalların sayı paytaxtda 139 ədəd, regionlarda 35 ədəd azalıb. Ötən ilin sonu ilə müqayisədə POS-terminalların sayı 9 983 ədəd, son bir ildə isə 7 595 ədəd azalma olub.

Son xəbərlər

Orphus sistemi