Azərbaycandakı bankların "şəffaflıq" renkinqi

Azərbaycandakı bankların "şəffaflıq" renkinqi "Report" bankların maliyyə göstəricilərinin açıqlamasında şəffaflıq səviyyəsinə görə renkinqini hazırlayıb
Maliyyə
8 İyul , 2016 16:12
Azərbaycandakı bankların şəffaflıq renkinqi

Bakı. 8 iyul. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının maliyyə göstəricilərini açıqlamasını özündə əks etdirən şəffaflıq göstəricisi üzrə renkinqini hazırlayıb.

"Report"un 2016-cı il aprelin1-nə olan maliyyə göstəriciləri ilə bağlı sorğu anketi 22 bank tərəfindən cavablandırılıb. Digər banklar isə göstəriciləri ictimaiyyətdən gizlədib.

Belə ki, 46 sualdan ibarət sorğu anketinin bütün suallarına tam olaraq "Rabitabank" və "Gunaybank" cavab verib. Daha sonra, şəffaflığa görə ilk onluqda "Parabank ", "Zaminbank", "YapıKredi Bank Azerbaijan" , "Kredobank ", "Atabank ", "Pasha Bank ", "ASB Bank " və "Ziraat Bank Azerbaijan" yer alıb.

Bankların ən çox açıqladıqları göstəricilərin ilk onluğunda aktivlər, kredit portfeli, depozit portfeli, nizamnamə kapitalı, məcmu kapital, nağd vəsaitlər, gəlirlər, xərclər, faiz gəlirləri yer alıb.

Hansı bankların fəaliyyətini şəffaf, hansının gizli saxlaması isə aşağıdakı cədvəldə tanış ola bilərsiz:

Banklar Şəffaflıq göstəricisi   
1 Gunaybank 46/46
2 Rabitabank 46/46
3 Parabank 45/46
4 Zaminbank 40/46
5 YapıKredi Bank Azerbaijan 40/46
6 Kredobank 31/46
7 Atabank 23/46
8 Pasha Bank 20/46
9 ASB Bank 19/46
10 Ziraat Bank Azerbaijan 19/46
11 AFB Bank 17/46
12 Pakistan National  Bank-Baku    16/46
13 AGBank 16/46
14 Caspian Development Bank 16/46
15 Silkway Bank 15/46
16 Bank Avrasiya 13/46
17 Muganbank 12/46
18 Azer-Turk Bank 12/46
19 Demirbank 10/46
20 Bank Melli İran-Baku 10/46
21 Bank of Baku 7/46
22 Kapital Bank 6/46
23 VTB Azerbaijan 0/46
24 Nikoil Bank 0/46
25 NBC Bank 0/46
26 Expressbank 0/46
27 Azərbaycan Beynəlxalq Bankı 0/46
28 Unibank 0/46
29 Xalg Bank 0/46
30 Atrabank 0/46
31 Accessbank 0/46
32 Bank Respublika 0/46
33 Turanbank 0/46
34 Amrahbank 0/46
35 Dekabank 0/46
36 BTB 0/46
37 Bank Standard 0/46

Son xəbərlər

Orphus sistemi