​Azərbaycanda bankların qeyri-faiz zərəri 38% artıb

​Azərbaycanda bankların qeyri-faiz zərəri 38% artıb Ölkədə zərərlə işləyən bankların sayı azalıb
Maliyyə
7 Yanvar , 2015 14:08
​Azərbaycanda bankların qeyri-faiz zərəri 38% artıb

Bakı. 7 yanvar.REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların vergi ödənilənədək mənfəəti 2014-cü ilin yanvar-noyabr aylarında 455,03 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 27,9% çoxdur.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə faiz mənfəəti 1 167,67 mln. manat, qeyri-faiz zərəri 360,92 mln. manat, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 351,71 mln. manat təşkil edib. Nəticədə, 2013-cü ilin 11 ayı ilə müqayisədə faiz mənfəəti 54,1%, qeyri-faiz zərəri isə 38,0% artıb.

Təhlil olunan dövrdə faiz gəlirləri 2 062,69 mln. manat, faiz xərcləri 895,02 mln. manat, qeyri-faiz gəlirləri 424,31 mln. manat, qeyri-faiz xərcləri isə 785,23 mln. manat təşkil edib.

Beləliklə, bankların faiz gəlirlərində illik müqayisədə 37,0%, faiz xərclərində 19,6%, qeyri-faiz gəlirində 9,0%, faiz xərclərində isə 20,6% artım müşahidə olunub.

Hesabata əsasən, 2014-cü il dekabrın 1-nə ölkədəki bankların 5-i zərərlə işləyib. Nəticədə, noyabrda zərərlə işləyən bankların sayı azalıb və 1 bank mənfəətlə işləyən bankların siyahısına keçib.

Son xəbərlər

Orphus sistemi