​Azərbaycanda banklararası manatla uzunmüddətli kreditlər kəskin ucuzlaşıb

​Azərbaycanda banklararası manatla uzunmüddətli kreditlər kəskin ucuzlaşıb Xarici valyutada isə banklararası kreditlər cüzi bahalaşıb
Maliyyə
20 İyun , 2016 11:21
​Azərbaycanda banklararası manatla uzunmüddətli kreditlər kəskin ucuzlaşıb

Bakı. 20 iyun. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində Azərbaycanda banklararası manatla kreditlərin ucuzlaşması prosesi davam edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 0,53 faiz bəndi azalaraq cari il mayın 1-nə illik 5,32% təşkil edib. 

Faizlər 30 gündədək kreditlərdə illik 1,35%, 30-90 günlük kreditlərdə 13,40%, 90-180 günlük kreditlərdə 8,69%, 180-360 günlük kreditlərdə 6,51% və 1 ildən yuxarı kreditlərdə 1,54% olub. Beləliklə, manatla bir ildən yuxarı kreditlərin orta faiz dərəcəsində 2,56 faiz bəndi azalma qeydə alınıb. Xarici valyutada isə 1 ildən artıq kreditlərin qiyməti sabit qalıb.

Xarici valyutada kreditlər ümumiyyətlə cüzi bahalaşıb. Belə ki, bu kreditlər üzrə orta faiz dərəcəsi 0,02 faiz bəndi artaraq mayın 1-nə illik 4,55%-ə yüksəlib. Faiz dərəcəsi 30 günədək kreditlərdə 2,30%, 30-90 günlükdə 12,47%, 90-180 günlükdə 9,61%, 180-360 günlükdə 5,50% və bir ildən yuxarı kreditlərdə 4,17% təşkil edib.

Son xəbərlər

Orphus sistemi