​Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

​Azərbaycanda banklararası kreditlər ucuzlaşıb Ən bahalı kreditlər 30-90 günədək manatla verilir
Maliyyə
16 May , 2016 10:16
​Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda banklararası kreditlər üzrə orta faiz dərəcəsi cari il aprelin 1-nə manatda 5,85%, xarici valyutada isə 4,53% təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, əvvəlki ayla müqayisədə faiz dərəcəsində azalma qeydə alınıb. Hesabata əsasən, martın 1-nə faiz dərəcəsi müvafiq olaraq 5,88% və 4,83% olub.

Qeyd edək ki, manatda verilən kreditlər üzrə orta faiz dərəcəsi ən yüksək 18,87% olmaqla 30-90 günlük kreditlərdə, ən aşağı isə 1,38% olmaqla 30 günədək kreditlərdə qeydə alınıb.

Xarici valyutada kreditlərdə isə ən yüksək faiz dərəcəsi 12,01% olmaqla 30-90 günlük kreditlərdə və ən aşağı faiz 2,16% olmaqla 30 günədək kreditlərdə müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi