Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi istismara verilib

Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi istismara verilib Bunun məqsədi hüquqi və fiziki şəxslərin təkmil elektron imza ilə təmin edilməsidir
Maliyyə
8 Aprel , 2016 11:38
Azərbaycanda Bank Sertifikat Xidmətləri Mərkəzi istismara verilib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank sferası üzrə vahid elektron imza infrastrukturunun yaradılması, kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslərin elekton bankçılıq və “müştəri-bank” xidmətlərindən istifadə edərkən risklərinin minimallaşdırılması məqsədilə müasir texniki və proqram platformaları bazasında akkreditə edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) istismara verilib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, BSXM-in əsas məqsədi Mərkəzi Bankın daxili sistemləri ilə yanaşı onun xidmət göstərdiyi kredit təşkilatları və dövlət qurumları, o cümlədən bank sistemində xidmət olunan hüquqi və fiziki şəxslərin təkmil elektron imza ilə təmin edilməsidir.

Qanunvericiliyə müvafiq olaraq akkreditə edilmiş BSXM-in təkmilləşdirilməsi nəticəsində informasiya sisteminin təhlükəsizliyinin artırılması, bütün kredit təşkilatlarının Mərkəzə real vaxt rejimində qoşulmaları, müştərilər üçün yerində təkmil elektron imzaların generasiya edilərək təqdim edilməsi imkanı, o cümlədən Ehtiyat Mərkəzlərdə fəaliyyətin davamlılığı təmin edilib.

Son xəbərlər

Orphus sistemi