​Azərbaycanda bank depozitlərinin həcmi azalır

​Azərbaycanda bank depozitlərinin həcmi azalır Milli valyutada olan müddətsiz depozitlər daha yüksək aylıq azalma tempi nümayiş edib
Maliyyə
7 Sentyabr , 2015 10:15
​Azərbaycanda bank depozitlərinin həcmi azalır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qeyri-rezidentlər və dövlət idarəetmə orqanları da daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2015-ci il avqust ayının 1-nə 18 213,6 mln. manat təşkil edib. Bu, iyulun 1-nə olan analoji göstəricidən 18 mln. manat və ya 0,1% azdır.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasının valyutalar üzrə strukturuna əsasən, avqustun 1-nə manatla müddətsiz depozitlər aylıq müqayisədə 106,2 mln. manat və ya 5,2% azalaraq 1 925,4 mln. manat, müddətli depozitlər isə 48,2 mln. manat və ya 1,6% azalaraq 2 954,3 mln. manat təşkil edib.

Xarici valyutada olan qeyri-rezidentlər və dövlət idarəetmə orqanları da daxil olmaqla müddətsiz depozitlər son bir ayda 195,7 mln. manat və ya 6% artaraq avqustun 1-nə 3 465,7 mln. manat, müddətli depozitlər isə 59,3 mln. manat və ya 0,6% azalaraq 9 868,1 mln. manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi