Azərbaycanda bağlanmış bankın apellyasiya şikayəti rədd edilib

Azərbaycanda bağlanmış bankın apellyasiya şikayəti rədd edilib Kənd Təsərrüfatı Nazirliyi məhkəmədə banka qalib gəlib
Maliyyə
15 Sentyabr , 2016 15:33
Azərbaycanda bağlanmış bankın apellyasiya şikayəti rədd edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğvetmə prosesində olan "Zaminbank" ASC və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında məhkəmə prosesi üzrə iclas keçirilib. "Report" xəbər verir ki, tərəflərin mübahisəsinə hakim Həmid Həmidov baxıb.

Xatırladaq ki, Dövlət Xidməti Banka qarşı kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb. İşə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilib. Qərardan narazı qalan “Zaminbank” apellyasiya şikayəti verib. 

Bununla belə, bugünki iclasda kredit təşkilatının apellyasiya şikayəti rədd olunub.

Son xəbərlər

Orphus sistemi