Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 261 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 261 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
30 Sentyabr , 2016 09:58
Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 261 mln. manat kompensasiya ödənilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 261,402 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,57 mln. manat, “Zaminbank” ASC - 49,004 mln. manat, “Kredobank” ASC - 17,181 mln. manat, “Dekabank” ASC - 2,772 mln. manat, “Atrabank” ASC - 13,282 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,699 mln manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,878 mln. manat kompensasiya alıblar.

Son xəbərlər

Orphus sistemi